“Kəpəz” Premyer Liqada 600-cü ev qoluna imza atıb.
Apasport.az saytının məlumatına görə, bu, 2023/24 mövsümünün ilk turuna təsadüf edib.
Gəncədə “Neftçi”ni qəbul edən qərblilərin yubiley qoluna Mate Kvirkviya imza atıb. O, penaltidən fərqlənib.
Bununla da “Kəpəz” ölkə çempionatları tarixinə öz meydanında 600 və daha çox qol vuran 3-cü komanda kimi düşüb. Yalnız “Qarabağ”la “Neftçi” daha çox fərqlənib.
“Kəpəz” həm evdə, həm də ümumiyyətlə ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.
Qeyd edək ki, Misli Premyer Liqasının I turunun görüşündə “Kəpəz” “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.
- Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"
- Ostravadan Tallinə: 27 oyunluq seriyaya son
- “Traktor”un sabiq futbolçusu etirazlar zamanı öldürülüb
- "Bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq" - "Neftçi"dən bəyanat
- “Fənərbaxça”da prezident seçkiləri: Kutlualp namizədliyini geri çəkdi