A seriyası klubunda baş məşqçi istefası
28.06.2022 - 18:51
İtaliya klubu “Speziya”da baş məşqçi istefası olub.
Apasport.az saytının məlumatına görə, Tyaqo Motta rəhbərlik tərəfindən istefaya göndərilib.
Tərəflər müqavilənin ləğvi şərtləri barədə artıq razılığa gəliblər. A seriyası təmsilçisi 40 yaşlı braziliyalı mütəxəssislə yollarını ayırdığını tezliklə açıqlayacaq. Onu bu postda Luka Qotti əvəzləyəcək. Klub Qotti ilə müqavilənin bütün detallarını müzakirə edib.
Qeyd edək ki, “Speziya” ötən mövsüm A seriyasında 36 xalla 16-cı yeri tutub.
- Bellinqem karyerasında bir ilki bacarıb
- “İmarət”dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq”
- Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
- Azərbaycanın qadın cüdoçularının uğursuz çıxışı davam edir
- “Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
0
0