A seriyası klubunda yeni müqavilə
21.10.2022 - 11:29
![A seriyası klubunda yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2022/october/21/big/635243a7793d4635243a7793d51666335655635243a7793d0635243a7793d3.jpg)
“Verona” baş məşqçisi Salvatore Bokketti ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
35 yaşlı mütəxəssislə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, oktyabrın 13-də bu posta təyin olunub.
Qeyd edək ki, Bokkettinin debüt matçında komandası “Milan”a 1:2 hesabı ilə uduzub.
0
0