A seriyasında istefa iddiası
23.12.2023 - 19:02
![A seriyasında istefa iddiası](https://ww3.apasport.az/storage/news/2023/december/23/big/6586e5393be366586e5393be3717033393216586e5393be346586e5393be35.jpg)
“Milan” rəhbərliyi baş məşqçinin işindən narazıdır.
Apasport.az xəbər verir ki, hətta bu səbədən Stefano Pioli ilə yolların yaxın günlərdə ayrılacağı iddia olunur.
Xüsusilə komandanın çempionatın 17-ci turunda "Salernitana" ilə 2:2 hesablı heç-heçəyə razı olması klub rəhbərliyini qəzəbləndirib.”Rossonieri”də rəhbərlik öz meydanında zəif rəqiblə matçda xal itirmənin qəbuledilməz xəta olduğunu düşünür.
Qeyd edək ki, "Milan" 17 turdan sonra topladı 33 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.
0
0