A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
22.04.2025 - 08:54

Xəbər verdiyimiz kimi, Roma Papası Fransisin ölümü ilə əlaqədar A Seriyasında 33-cü turdan 4 görüş təxirə salınıb.
Apasport.az xəbər verir ki, liqanın mətbuat xidmətinin yaydığı məlumata görə, matçlar 23 aprel tarixinə ertələnib.
Bütün qarşılaşmalar saat 19:30-da başlayacaq.
Qeyd edək ki, söhbət "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" matçlarından gedir.
- Braziliya Xorvatiyaya rəqib oldu
- “Beşiktaş”ın ulduzları komandadan qovuldu: Abubakar, Qezzal, Rozier...
- Azərbaycan və Özbəkistan Dünya Çempionatı üçün birgə namizədliklərini irəli sürüblər
- Sabiq “Liverpul”lu: “O, Zidanın fiziki xüsusiyyətlərinə və texniki bacarığına malikdir”
- Milliyə 26 futbolçu çağırıldı
0
0