ABŞ-da Messinin şərəfinə bunu da etdilər - FOTO
08.07.2023 - 13:27
ABŞ-da hücumçu Lionel Messinin "İnter” Mayamiyə keçidi ilə bağlı xüsusi pivə təqdim edilib.
Apasport.az saytı xəbər verir ki, “Prison Pals Brewing Co” şirkəti "GOAT" adlı alkoqollu içki buraxıb.
Əsasən çəhrayı rəngə boyanmış bankada argentinalı forvardın 10 nömrəli futbolka geyinmiş təsviri tətbiq olunub.
36 yaşlı Messinin yeni komandada debütü iyulun 21-də Meksika “Kruz Azul”una qarşı Liqa Kubokunun matçına təsadüf edəcək.
Qeyd edək ki, Avropada “Barselona” və PSJ kimi komandaların formasını geyinən hücumçu karyerası ərzində saysız-hesabsız titullara sahib olub.

- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- Bakıda Dünya Kubokunun açılışı oldu
- "Liverpul" və "Bavariya" "Fulhem"li üçün mübarizə aparacaq
- Qurban Qurbanov birlikdə oynadığı ən güclü 3 futbolçunun adını açıqladı
- Daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
0
0