Zədəsi səbəbindən "Beşiktaş"da matçlara çıxa bilməyən Vinsent Abubakarla Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Apasport.az xəbər verir ki, "Beşiktaş"ın kamerunlu ulduzu uzun müddətdir zədəsi səbəbindən meydana çıxa bilmir.
"Bodo Qlimt"lə avrokubok matçı öncəsi isinmə hərəkətləri edərkən zədələnən afrikalı forvarda Səudiyyə Ərəbistanından təklif var. Asiya klubu ulduz hücumçunun müqaviləsinə daxil olan xitam haqqını ödəyərək heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Abubakar daha əvvəl Sergen Yalçının baş məşqçiliyi dövründə də oxşar şəkildə hərəkət etmiş, sonra "Əl Nəsr"ə getmişdi.
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- 18 yaşlı müdafiəçi "Mançester Siti"də
- İrfan Can karyerasını Avropada davam etdirə bilər
- Faiq Qarayev: "Xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq"
- “Ordu”nun kapitanı: “Heyətdə yerli oyunçu problemi vardı”