“Adana Demirspor”a növbəti zərbə
12.03.2026 - 00:24
“Adana Demirspor”a növbəti zərbə

FIFA İntizam Komitəsi “Adana Demirspor”u növbəti dəfə cəzalandırıb.

Apasport.az xəbər verir ki, qurum I Liqa təmsilçisinin daha 6 xalını silib.

Buna səbəb Adana klubunun maliyyə öhdəliklərini yerinə yetirməməsi olub.

Hazırda “Adana Demirspor” -51 xalla liqada sonuncu pillədə qərarlaşıb. Klubun liqanı tərk etməsi dəqiqləşib.