"Alanyaspor" "Fənərbaxça"nın futbolçusunu transfer edib
26.07.2024 - 13:55
Türkiyənin "Alanyaspor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbaxça"dan ayrılan Serdar Dursunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Alanyaspor" 32 yaşlı forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Serdar Dursun ötən mövsümün ikinci yarısını "Fənərbaxça"da keçirib. Türk hücumçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Aydın Süleymanlı və Nicat Abasov Dünya Kubokunda növbəti mərhələdə - FOTO
- “Torino” və “Komo”dan heç-heçə
- Futbolda tanımadığınız KRAL
- La Liqa: “Vilyareal”dan qələbə, “Betis” səfərdə məğlub oldu
0
0