Almaniyalı dünya çempionu vəfat edib
20.02.2024 - 12:54
Futbol üzrə 1990-cı il dünya çempionatının finalında Qərbi Almaniyaya qələbə qazandıran qolun müəllifi Andreas Brehme 63 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Final qolunun qəhrəmanı, 63 yaşlı Andreas Brehme, müəllimi Franz Bekkenbauerin ölümündən bir ay sonra ürək tutmasından ölüb.
Qeyd edək ki, Almaniya milli komandasının sabiq üzvü Brehme futbolçu karyerası ərzində "Kayzerslautern", "Bayern Münhen" "İnter Milan" kimi komandaların formasını geyinib.
- Arif Əsədov: “Qarşıya baxmaq lazımdır”
- Filip Ozobiç: "Qarabağ" Avropa səviyyəsində oyun sərgiləyir"
- Azər Salahlı: "Cavab matçına üstün yollanmaq istəyirik"
- Robert Prosineçki Kimdir? Azərbaycan Millisinə Qayıdacağı Ehtimal Edilən Mütəxəssis
- Dmitri Jdanyuk “Kəpəz” – “Qarabağ” oyununun nəticəsini açıqladı
0
0