Alonso üçün “Liverpul” variantı
21.01.2026 - 16:55
"Bayer" və "Real"ın sabiq baş məşqçisi Xabi Alonso "Liverpul"u çalışdırmağa hazırdır.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı "Indykaila News" paylaşıb.
Alonsonun öz qabiliyyətlərinə əmin olduğu və hazırkı oyunçulardan istifadə edərək "Liverpul"da dünya səviyyəli bir komanda qura biləcəyinə inandığı bildirilir. Lakin Alonsoya "Liverpul"un işi təklif edib-etmədiyi açıqlanmayıb.
Xatırladaq ki, Alonso son olaraq 2025-ci ilin yayından çalışdırdığı "Real"dan ayrılıb. Hazırda Madrid klubunda baş məşqçisi vəzifəsini digər keçmiş oyunçusu Alvaro Arbeloa icra edir.
- “Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
- "Sabah"ın matçının hakimləri bəlli olub
- Cavid Hüseynov: "Buzda futbol oynamaq yaxşı olmadı"
- Azərbaycan İdman Akademiyasının komandası çempion olub
- "Qarabağ"ın futbolçusu AL-də həftənin ən yaxşı oyunçusu adına namizəddir
0
0