Alonso üçün son şans
08.12.2025 - 17:35
Alonso üçün son şans

Xabi Alonsonun "Real"dakı karyerası erkən başa çata bilər.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi La Liqada "Selta"ya məğlubiyyətdən sonra bu gün bir araya gəlib. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.

Rəhbərlik ispaniyalı mütəxəssisə 1 oyunluq şans vermək qərarına gəlib. Komanda UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda "Mançester Siti"yə uduzsa, 44 yaşlı məşqçi ilə yollar ayrılacaq.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Madrid təmsilçisi La Liqada 16 turdan sonra 36 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Barselona"dan 4 xal geri qalırlar. "Kral klubu" Çempionlar Liqasında isə 5 oyunda 4 qələbə qazanıb, 1 dəfə məğlub olub.