Alvesi 12 ilədək həbs gözləyir – məhkəmənin vaxtı
19.06.2023 - 10:12
![Alvesi 12 ilədək həbs gözləyir – məhkəmənin vaxtı](https://ww3.apasport.az/storage/news/2023/june/19/big/648ff1faa3d5a648ff1faa3d5b1687155194648ff1faa3d58648ff1faa3d59.png)
Təcavüzdə ittiham edilən braziliyalı futbolçu Dani Alvesin məhkəməsinin vaxtı bəlli olub.
Apasport.az saytı xəbər verir ki, həbsdə olan müdafiəçi payızda hakim qarşısına çıxacaq.
Dəqiq tarix açıqlanmasa da, məhkəmənin oktyabr-noyabr aylarında baş tutacağı gözlənilir.
Futbolçu 2022-ci ilin dekabrın sonunda Barselonadakı gecə klubunda baş verdiyi güman edilən cinsi təcavüzdə ittiham olunur. Braziliyalının günahı sübuta yetirilərsə, onu 6 ildən 12 ilə qədər həbs cəzası gözləyir.
0
0