Amerikada stadiona elə heyvan girdi ki... - VİDEO
16.05.2024 - 14:44
MLS-də keçirilən “Filadelfiya” - “Nyu-York Siti” oyununda maraqlı hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, matçın birinci hissəsində meydana yenot daxil olub. Bundan sonra matç bir müddət dayandırılıb.
Heyvan stadiondakı təhlükəsizlik işçilərinin səyi ilə meydandan çıxarılıb.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Nyu-York Siti” 20 xalla dördüncü, “Filadelfiya” isə 14 xalla doqquzuncu pillədə qərarlaşıb.
- Qurban Qurbanov: "Futbolda bizim düşünmədiyimiz nəticələr də qeydə alına bilir"
- “Qalatasaray” “Bavariya” və “Mançester Yunayted”ə rəqib oldu
- Mali yığmasının futbolçusu “Kəpəz”də
- Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb
- ABL: “Neftçi” seriyada hesabı bərabərləşdirdi
0
0