“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandadan ayrılmaq istəyən futbolçularla işləmək niyyətində deyil.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı 5 futbolçuya məşq bazasına gəlməməklə bağlı xəbərdarlıq edib. Baş məşqçi onların artıq komandanın planlarına daxil olmadığını açıq şəkildə göstərib.
Ceydon Sanço, Markus Reşford, Alexandro Qarnaço, Antoni və Tayrell Malasiya yay transfer dönəmində klubdan ayrılmaq istədiklərini rəhbərliyə bildiriblər.
Son mövsümdə Sanço, Reşford, Antoni və Malasiya müvafiq olaraq “Çelsi”, “Aston Villa”, “Betis” və PSV-də icarə əsasında çıxış ediblər. Yalnız Qarnaço “Mançester Yunayted”in heyətində qalıb.
- Fərid Yusifli və İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynayacaq? - Açıqlama
- PSJ Mbappeyə əvəzedici tapdı
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
- Elmin Əliyev beynəlxalq turnirdə qızıl medal qazanıb
- Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları bəlli olub