Amorim 7 futbolçu ilə vidalaşacaq
19.11.2024 - 17:49
"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim komandadan ayrılmalı olan futbolçuların siyahısını hazırlayıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 7 futbolçunu heyətdə görmək istəmir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Amorim Antomi, Kazemiro, Conni Evans, Tirel Malasiya, Kristian Eriksen, Viktor Lindelöv və Harri Maquayrla yolların ayrılmasını istəyir. 39 yaşlı məşqçi bununla bağlı klub rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, Ruben Amorim "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
- Üç boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
- "Fənərbaxça"nın sabiq baş məşqçisi xəstəxanalıq oldu
- Xorvatiya millisinin məşqçisi Argentina ilə oyun zamanı qovulub
- Millətlər Liqasında fasilə öncəsi son oyunlar: 6 qrupda 12 matç
- Qazaxıstanın baş məşqçisi: "Azərbaycanı güclü rəqib kimi tanıyırıq"
0
0