Amorim keçmiş yetirməsini transfer etmək istəyir
26.03.2025 - 23:22
Portuqaliya təmsilçilərindən "Sportinq"in üzvü Fransisko Trinkao karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" futbolçu ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim keçmiş yetirməsini yayda heyətə qatmaq istəyir.
Xatırladaq ki, 25 yaşlı vinger "Sportinq"ə 2023-cü ildə "Barselona"dan 7 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, Trinkao bu mövsüm Portuqaliya təmsilçisinin heyətində çıxış etdiyi 43 rəsmi matçda 9 qol, 15 assistlə yadda qalıb.
- Mauro İkardi: “Mənim üçün çox darıxacaqsınız”
- Ronaldodan yalan detektoru testinə cavab
- "Yuventus" İtaliya millisində çıxış edən futbolçusunu satacaq
- Azərbaycan Kuboku: "Zəngəzur", "Kür-Araz" və "Marafon"növbəti mərhələdə - YENİLƏNİB
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
0
0