İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted” yayda heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, klub yeni baş məşqçi Ruben Amorim üçün transferlərə ciddi məbləğ ayıracaq.
39 yaşlı məşqçinin “qırmızı şeytanlar”dan ilk istədiyi oyunçu isə “Napoli”dən Xviça Kvaratsxeliyadır.
İngiltərəlilər İtaliya klubu ilə 2027-ci ildə müqaviləsi yekunlaşacaq futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.
Kvaratsxeliya ilə “Yunayted”dən başqa, “Barselona” və “Çelsi” klubları da maraqlanır.
Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm çıxdığı 13 rəsmi matçda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Tramp DÇ-26 finalında - Kuboku o təqdim edəcək
- Subaşiç: "Neftçi" avrokuboklarda uğurlu nəticələrlə azarkeşləri sevindirəcək" - MÜSAHİBƏ
- Xavi: "Çempionlar Liqasını tərk etməyimiz təəssüf doğurur"
- Kadiyə 3 oyunluq cəza - "QARABAĞ" ÜÇÜN CİDDİ İTKİ