![Ançelotti DÇ-2022-nin favoritini açıqladı](https://ww3.apasport.az/storage/news/2022/december/08/big/6391e52e227226391e52e2272316705057746391e52e2271e6391e52e22720.jpg)
“Real”ın baş məşqçisi Karlo Ançelotti DÇ-2022-nin 1/4 final mərhələsi ərəfəsində öz favoritini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis çempionluğa ən real namizədi müəyyənləşdirib.
Ançelotti Braziliyanı digər 7 komandadan üstün hesab edir: “Braziliya ən mükəmməl komandadır. Onlarda keyfiyyət, gümrahlıq, təcrübə var. Bütün bunlar dünya çempionatında vacibdir. Mənim üçün İngiltərə və Fransanın görüşünə baxmaq çox maraqlıdır. İngiltərənin özəlliyi mentalitetidir”.
Qeyd edək ki, 1/4 finalda Braziliya Xorvatiya ilə qarşılaşacaq. Digər cütlərdə Niderland Argentina, Fransa İngiltərə, Portuqaliya Mərakeşlə üz-üzə gələcək.