“Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb
19.07.2025 - 14:22
“Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb

“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi rumıniyalı Olimpiu Morutanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Morutan daha əvvəl Rumıniyada “Botoşani”, FCSB, Türkiyədə “Qalatasaray”, “Ankaragücü”, İtaliyada “Pisa”da çıxış edib. Onun son ünvanı “Ankaragücü” olub. 

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” qarşılaşması iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.