Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
30.09.2026 - 21:33
“Real Madrid”də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada Türkiyə millisinin üzvü Arda Güler layiq görülüb.
21 yaşlı yarımmüdafiəçi sentyabr ayında Madrid təmsilçisinin heyətində 4 oyunda meydana çıxıb və 204 dəqiqə meydanda qalıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Arda Güler cari mövsümdə isə 7 matçda 349 dəqiqə forma geyinib. O, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0