Arda Turan İstanbul klubuna baş məşqçi təyin edildi
14.04.2023 - 14:08

“Eyüpspor” komandasına yeni baş məşqçi təyin edilib.
Apasport.az saytı xəbər verir ki, Türkiyə çempionatının 1-ci liqasında mübarizə aparan İstanbul klubunu 36 yaşlı Arda Turan çalışdıracaq.
Rəhbərlik veteran yarımmüdafiəçinin qarşısına komandanı Super Liqaya çıxarmaq vəzifəsini qoyub. “Eyüpspor” 31 turdan sonra 57 xalla turnir cədvəlində 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, “Qalatasaray”, “Atletiko” və “Barselona” komandalarının şərəfini qorumuş Arda Turanın bu baş məşqçi kimi ilk işi olacaq.
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- Azərbaycan millisi dünya çempionuna qarşı
- "Kəpəz" - "Neftçi" matçında qalmaqal: Polis müdaxilə etdi
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Alleqri Makkeninin "Yuventus"u niyə tərk etməsindən danışdı
0
0