La Liqanın XXXIII turu çərçivəsində daha 2 qarşılaşma baş tutub.
Apasport.az xəbər verir ki, turun ilk oyun gününün gecə seansında "Jirona" doğma meydanda "Betis"i, "Real Madrid" isə "Alaves"i qəbul edib.
Azarkeşlərin 5 qola şahidlik etdiyi matçda "Betis" qələbə qazanaraq səfərdən 3 xalla qayıdıb: 3:2.
Madrid "Real"ı isə Mbappe və Vinisiusun qollarıyla "Alaves"i evə əliboş göndərib: 2:1.
Türk futbolçu Arda Güler ilk qolda Mbappeyə assist edib.
Aprel ayında bütün turnirlərdə ilk qələbəsini qazanan "kral klubu" lider "Barselona" ilə xal fərqini 6-ya endirib.
79 xalla turnir cədvəlinim vahid lideri olan "Barsa"nın ehtiyatında isə oynanmamış 1 oyunu var.
- Tahir Baxşıyev: “Komandanın potensialı daha yüksəkdir”
- “Əl-Hilal”ın 40 milyonluq forvard transferi
- Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
- Dünya çempionatı: Azərbaycan karateçiləri ilk onluqda
- İqor Ponomaryov: “Yerli məşqçi gətiririksə, ona güvənməli və şans verməliyik” - MÜSAHİBƏ