Argentina millisinin üzvü klubunu dəyişə bilər
04.06.2025 - 01:19

"Atletiko"nun müdafiəçisi Nahuel Molina karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Nyukasl Yunayted" argentinalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
Premyer Liqa klubu Molina üçün 20 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, "Atletiko" Nahuel Molinanı 2022-ci ilin yayında "Udineze"dən transfer edib.
Argentina millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətiində meydana çıxdığı 44 rəsmi matçda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0