Argentina millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
24.06.2025 - 17:50
Argentina millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən “Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSV-dən Valter Benitesi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı qolkiperlə razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, Benites 2022-ci ildən PSV-də çıxış edirdi. O, Argentina yığmasının heyətində 1 oyuna çıxıb.