Argentina millisinin üzvü “Qalatasaray”da - RƏSMİ
05.02.2026 - 23:32
Münhenqladbax “Borussiya”sının futbolçusu Can Armando Güner karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Qalatasaray” türk əsilli argentinalı vingerin keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, İstanbul təmsilçisi 18 yaşlı oyunçu üçün qarşı tərəfə 350 min avro ödəyib.
Qeyd edək ki, Can Armando Güner bu mövsüm “Borussiya”nın U-19 komandasının heyətində 14 rəsmi matçda iştirak edərək 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Argentinanın U-17 milli komandasının üzvüdür.
- Adil Şükürov: "Bunu bəzi məşqçilər və idarəçilər düşündürməlidir" - MÜSAHİBƏ
- “Trabzonspor” türkiyəli mütəxəssislə razılaşdı
- Ronaldinyonun oğlu "Barselona"da məşqə başlayıb
- Daha bir güləşçimiz Dünya Çempionatında finala yüksəlib
- Akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib
0
0