Argentina millisi dünya çempionatlarında keçirdiyi yarımfinal görüşlərində məğlub olmayıb.
Apasport.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi DÇ-2026-nın yarımfinalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək bu mərhələdəki uğurlu seriyasını davam etdirib.
Argentina dünya çempionatlarında altı dəfə yarımfinala çıxıb və bütün hallarda finala yüksəlib:
1930 — ABŞ
1986 — Belçika
1990 — İtaliya
2014 — Niderland
2022 — Xorvatiya
2026 — İngiltərə
Qeyd edək ki, Argentina 1990-cı ildə İtaliyanı, 2014-cü ildə isə Niderlandı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb. Komanda DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq.