Argentinada bütün oyunlar təxirə salındı - SƏBƏB
02.09.2022 - 12:49
Argentinada bugünkü bütün futbol oyunları təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Argentina Futbol Assosiasiyası verib.
Sentyabrın 2-də baş tutmalı olan qarşılaşmalar başqa tarixdə keçiriləcək. Buna ölkə vitse-prezidenti Kristina Fernandes de Kirşnerin öldürülməsinə cəhd edilməsi səbəb olub.
Qeyd edək ki, Kirşner evinin qarşısında tərəfdarlarını salamlayan zaman ona tapança yönləndirilib. Lakin cinayətkar yaxalandığı üçün atəş aça bilməyib.
- Modriç karyerasını Türkiyədə davam etdirə bilər
- Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
- Millimiz Belarusu məğlub etdi - FOTO
- Ruslan Qurbanov: "Samir Abasov asanlıqla təslim olmayacaq"
0
0