Argentinalı hücumçu "Fiorentina"da qalır
26.09.2023 - 13:28
"Fiorentina" komandanın əsas hücumçusu ilə müqaviləni yeniləyib.
Apasport.az saytı xəbər verir ki, Nikolas Qonzales 2028-ci ilin yayına kimi “bənövşəyilər”in şərəfini qoruyacaq.
25 yaşlı argentinalı 2021-ci ildə “Ştutqart”dan Florensiya klubuna gəlib. Forvardın xüsusilə ingilis klublarının diqqət mərkəzində olduğu bildirilirdi.
Qeyd edək ki, bu mövsüm 7 matçda iştirak edən Qonzales 4 qol və 1 assistlə yadda qalıb.
- Abdullahi Şuaybu: “Buna görə özümə nifrət etdim” - MÜSAHİBƏ
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- Belajdi Pusi: "Bəzi məqamlarda diqqətimiz yayındı" - Müsahibə
- II Liqada XI turun təyinatları açıqlanıb
- Felipe Santos: "Qəbələ" kuboku qazanan komandanın özəyini qoruyub saxlasaydı..." - Müsahibə
0
0