![Argentinalı hücumçu “İnter”də qalacaq](https://ww3.apasport.az/storage/news/2023/september/19/big/6509faa3a437b6509faa3a437c16951528036509faa3a43796509faa3a437a.jpg)
Lautaro Martines “İnter”lə yeni müqavilə bağlamağa hazırdır.
Apasport.az-ın məlumatına görə, argentinalı futbolçu karyerasını Milan klubunda davam etdirmək istəyir.
2018-ci ildən “İnter”də çıxış edən Lautaro burada xoşbəxt olduğunu bildirib. O, yeni müqavilənin detallarını klub rəhbərliyi ilə müzakirə etməyə hazır olduğunu qeyd edib: “Klubla müqavilə müddətini artırmağa hazıram. Rəhbərliklə bunu danışacağıq. Burada çox xoşbəxtəm”.
Qeyd edək ki, argentinalı forvardın “İnter”lə müqavilə 2026-cı ilin iyununda bitəcək. Milan klubu Martinesin çıxışından razıdır və ona yeni təklif verməyi planlayır.