Argentinanın baş məşqçisindən sürpriz qərar: Getmək istəyir
22.11.2023 - 18:51
Argentina millisi başsız qala bilər.
Apasport.az saytı xəbər verir ki, Lionel Skaloni postunu tərk etməyə hazırlaşır.
45 yaşlı mütəxəssis enerjisinin tükəndiyini düşünür: “Millidə keçirdiyim vaxtı düşünməliyəm. Qazanmağa davam etmək çox çətin olur. Bu vida deyil, amma düşünmək lazımdır. Federasiya prezidenti və futbolçularla bu məsələ ətrafında fikir mübadiləsi aparacam”.
Qeyd edək ki, milli komanda ilə DÇ-2022-nin qalibi olan Skaloninin müqaviləsi 2026-cı ilin yayında bitəcək.
- "Qalatasaray" - "Fənərbaxça" matçının hakimi bəlli oldu
- Almaniya və İngiltərə millilərinin azarkeşləri arasında dava düşüb
- Finala yüksələnlər boksçular müəyyənləşdi - FOTOLENT
- Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb
- Alleqri: "Pele Maradona və Messidən yaxşı idi"
0
0