"Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
20.11.2025 - 15:34
İngiltərənin “Arsenal” komandası hücumçusu Maks Daumanla razılığa gəlib.
Apasport.az xəbər verir ki, 15 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sözləşmə imzalayacaq.
Oyunçu ilə ilk peşəkar müqavilənin 2026-cı ilin dekabr ayında, yəni, onun 17 yaşı tamam olanda bağlanacağı gözlənilir.
Qeyd edək ki, Maks Dauman Çempionlar Liqasında debüt edən ən gənc oyunçu olub. O, turnirdə 15 yaş 308 günlük ikən ilk matçını keçirib. Futbolçu bu mövsüm “Arsenal”ın heyətində 5 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Hüseyn Məhəmmədov: "Avstriyadan rahat şəkildə xal götürəcəyik" - MÜSAHİBƏ
- Bəxtiyar Musayev: “Ümidsizliyə qapılmağım bərbad baş məşqçisinin olmasıdır” - MÜSAHİBƏ
- Vissa Özbəkistanı tək keçdi - 2 qolla matçın ən yaxşısı oldu
- Qazaxda cüdo üzrə region birincilikləri keçiriləcək
- “Çelsi”nin baş tutmayan transferi
0
0