"Arsenal" "Barselona"nın keçmiş yarımmüdafiəçisini transfer edə bilər
12.04.2024 - 14:52
"Barselona"nın və "Liverpul"un sabiq yarımmüdafiəçisi Artur Melo Dumanlı Albiona qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, braziliyalı futbolçunun xidmətində Londonun “Arsenal” klubu maraqlıdır. 27 yaşlı futbolçu hazırda icarə əsasında "Fiorentina"da çıxış edir. Onun tam müqaviləsi Turin "Yuventus"una məxsusdur.
"Transfermarkt" portalının məlumatına görə, Arturun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir. İtaliya çempionatının cari mövsümündə Melo 27 oyun keçirib.
- "Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi - YENİLƏNİB
- “Mançester Yunayted” Maquayrdan qurtulmaq istəyir
- "Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində
- Yunis Hüseynov: “Qarabağ”ın qələbəsinə şübhəm yoxdur”
- Çempionlar Liqası ilə sağollaşan ilk komanda müəyyənləşib
0
0