“Arsenal” belçikalı futbolçu ilə müqavilə yeniləyəcək
11.05.2025 - 18:24
“Arsenal” futbolçusu Leandro Trossardın müqaviləsini uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
İngiltərə klubu 30 yaşlı yarımmüdafiəçinin müqaviləsini 2029-cu ilin yayına kimi artırmaq niyyətindədir.
Xatırladaq ki, “topçular” belçikalı futbolçunu 2023-cü ildə 24 milyon avro qarşılığında “Brayton”dan transfer edib.
Qeyd edək ki, Trossard bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 10 qol, 8 assistlə yadda qalıb.
- “Julio Romaonu transfer etmək istəyən klublar var” - MÜSAHİBƏ
- Əlil arabasından böyük futbolçuya aparan yol - ULDUZLAR
- "Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0!
- “Fənər”də ciddi itki - AVROLİQA MATÇINDA İŞTİRAK ETMƏYƏCƏK
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
0
0