"Arsenal" ilin transferini tamamlayır: Qyökereş Londona gedir
24.07.2025 - 16:57
"Arsenal" ilin transferini tamamlayır: Qyökereş Londona gedir

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyökereşlə bağlı uzun müddətdir davam edən transfer söhbətləri sona yaxınlaşır.

Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, “Arsenal” isveçli futbolçunun keçidi üçün razılıq əldə edib.

27 yaşlı forvard sabah Londonda olacaq və transferin yekun detalları danışılacaq. İngiltərə klubu bu keçid üçün “Sportinq”ə 63,5 milyon avro ödəyəcək. Müqaviləyə əlavə olaraq 10 milyon avro dəyərində bonuslar da daxil ediləcək.

“Arsenal” üçün mərkəz hücumçu mövqeyinin gücləndirilməsi prioritet məsələlərdən biri idi. Son mövsümdə bu rolu yarımmüdafiəçi Mikel Merino da icra etmişdi.