“Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
29.07.2026 - 12:12
“Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq

“Real Madrid” Vinisius Junioru satmaq niyyətində deyil.

Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin iddiasına görə, braziliyalı vingerlə maraqlanan klublardan biri İngiltərənin “Arsenal”ı olub. Lakin Madrid təmsilçisi 26 yaşlı futbolçunu buraxmağı düşünmür.

Bildirilir ki, “Real Madrid” Vinisius Juniorla yeni müqavilə imzalamağa hazırlaşır. Tərəflər arasında aparılan danışıqlarda bu həftə mühüm irəliləyişin olacağı gözlənilir.

Qeyd edək ki, Vinisius Junior ötən mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 16 qol vurub və 5 məhsuldar ötürmə edib.