"Arsenal" isveçli forvard üçün rəsmi təklif hazırlayıb: 60 milyon
06.05.2025 - 09:35

Londonun "Arsenal" klubu "Sportinq"in hücumçusu Viktor Qyökereş üçün rəsmi transfer təklifi hazırlayır.
Apasport.az "El Nacional" nəşrinə istinadla xəbər verir ki, London nəhəngi ulduz isveçli üçün tezliklə 60 milyon avro təklif edəcək.
26 yaşlı futbolçu uzun müddətdir ki, yay transfer pəncərəsi üçün "topçular"ın əsas hədəflərindən biri hesab olunurdu.
İddialara görə, “Sportinq” forvardın keçidindən ən az 100 milyon avro qazanmaq istəyir.
Futbolçu bu mövsüm Lissabon komandasının heyətində 49 matçda 52 qol vurub və 12 məhsuldar ötürmə edib.
- NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır"
- “Qalatasaray”dan Davinson Sançezlə bağlı açıqlama və Ndombele qərarı
- Norveç millisinin hücumçusuna İtaliyadan təkliflər
- “Qarabağ” üçün niderlandlı gələ bilər
- DÇ-2026: İngiltərədən asan qələbə, Rumıniyadan darmadağın - YENİLƏNİB
0
0