
"Arsenal"dan tarixi uğur
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Arsenal" səfərdə İspaniya nəhəngi "Real Madrid"i 2:1 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb.
"Arsenal" ÇL-də tarix yazdı
Apasport.az xəbər verir ki, London təmsilçisi "Santyaqo Bernabeu" stadionunda ardıcıl ikinci dəfə "Real"ı məğlub edən ilk komanda kimi tarixə düşüb.
Xatırladaq ki, "Arsenal" 2006-cı ilin fevralında da bu arenada Madrid klubuna qarşı 1:0 hesablı qələbə əldə etmişdi.
ÇL-in yarımfinalında "Arsenal" PSJ ilə qarşılaşacaq
İki qarşılaşmanın ümumi nəticəsinə görə (3:0, 2:1) "Real"ı mübarizədən kənarlaşdıran “topçular” adını yarımfinala yazdırıb. Mikel Artetanın komandası bu mərhələdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə "İnter" və "Barselona" üz-üzə gələcək.