“Arsenal” müdafiəçisini ərəblərə satmadı
22.08.2023 - 10:51
![“Arsenal” müdafiəçisini ərəblərə satmadı](https://ww3.apasport.az/storage/news/2023/august/22/big/64e4582358f7564e4582358f76169268637164e4582358f7364e4582358f74.jpg)
“Arsenal”ın futbolçusu Qabriel Maqalyansın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi İngiltərə klubunda qalacaq.
Londonlular 25 yaşlı futbolçusunu “Əl-İttihad”a satmağa razı olmayıb. Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalını heyətinə qatmaq istəsə də, onun transferi baş tutmayıb. Qabriel ən azı 2023/24 mövsümünün sonunadək “Arsenal”da qalacaq.
Qeyd edək ki, cənubi amerikalı ötən mövsümün 38 matçında 3 qol vurub.
0
0