“Arsenal” qapıçısı ilə razılığa gəldi
12.05.2023 - 15:19
“Arsenal” qapıçısı Aaron Ramsdeyllə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı ingiltərəli yeni anlaşmaya imza atmağa razılıq verib.
Tərəflər yaxın günlərdə sözləşmənin uzadılmasını rəsmiləşdirəcək. Ramsdeyl 2028-ci ilə qədər İngiltərə klubunda qalacaq.
Qeyd edək ki, qolkiper 2021-ci ilin yayından “topçular”ın şərəfini qoruyur. O, mövsümün 35 matçında 39 qol buraxıb.
- Bir vaxtların ulduz namizədi Elşən Abdullayev: "Zədələr imkan vermədi..." - Müsahibə
- Gimnastlarımız “Aura Cup” turnirində
- Qurban Qurbanov: “Maksimum çalışmalıyıq ki, “Molde”ni səhvə məcbur edək” - MÜSAHİBƏ
- Montella: "Küçədə məni dayandırıb qucaqlayırlar"
- İngiltərə Kubokunda 1/4 finalın 4 iştirakçısı bilindi
0
0