“Arsenal” Qyökereşdən əl çəkmir
24.06.2025 - 13:07
“Arsenal” “Sportinq”in hücumçusu Viktor Qyökereşi transfer etmək üçün növbəti cəhdini edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sportinq”in ilk rədd cavabına baxmayaraq, “topçular” isveçli futbolçunun transferini yenidən gündəmə gətirib.
İddialara görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Qyökereşi komandasında görməkdə israrlıdır və bu transferin mövsümöncəsi hazırlıq başlayana qədər reallaşmasını istəyir.
27 yaşlı forvard son mövsümdə keçirdiyi 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
- Paçu Lira: "Layiq olduğumuz yerdə deyilik"
- Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirildi - VİDEO
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- Türkiyə Kubokunda həyəcan başlayır: İlk həftənin oyun cədvəli
- Vitali Borisov: “Səfərdə çətin olacaq”
0
0