"Arsenal" rekorda imza atıb
13.05.2024 - 09:32
!["Arsenal" rekorda imza atıb](https://ww3.apasport.az/storage/news/2024/may/13/big/6641a531abd3d6641a531abd3e17155781616641a531abd3b6641a531abd3c.jpg)
"Arsenal" İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, "topçular" buna XXXVII turda səfərdə "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gəlməklə nail olub.
Bu, London təmsilçisinin çempionatda cari mövsüm 27-ci qələbəsidir. Bu da klub üçün Premyer Liqa tarixində rekord göstəricidir.
Qeyd edək ki, "Arsenal" 86 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Mançester Siti"nin 85 xalı var.
0
0