“Arsenal” Saka ilə müqaviləni yenilədi
25.02.2023 - 17:18
“Arsenal” Bukayo Saka ilə müqaviləni yeniləyib.
Apasport.az saytı xəbər verir ki, “topçular”ın 21 yaşlı futbolçu ilə yeni razılaşması 2027-ci ilə qədər nəzərdə tutulub.
İngiltərə millisinin üzvünün müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Arsenal” komandasının öz yetirməsi olan Bukayo Saka 2019-cu ildən əsas komandanın heyətində çıxış edir. Futbolçu bu mövsüm 31 matçda iştirak edərək, 10 qol və 8 assistlə yadda qalıb.
- “Barselona” almaniyalı müdafiəçi ilə maraqlanır
- Portuqaliya – Çexiya oyununa Yeqor Titovun PROQNOZU
- Fernandu Santuş: "Portuqaliya və Azərbaycan millilərini müqayisə edə bilməzsiniz"
- Fransa millisində yeni kapitan
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
0
0