“Arsenal” və “Çelsi” “Borussiya”nın ulduzunu istəyir
02.12.2024 - 23:26
Premyer Liqa klublarından “Arsenal” və “Çelsi” “Borusiyya”nın ulduzunu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, İngiltərə təmsilçiləri 20 yaşlı Ceymi Qittensi tez bir zamanda heyətlərinə qatmaq üçün yarışırlar.
Lakin dortmundlular gənc oyunçunu bu qədər erkən buraxmaq istəmir.
“Borussiya” ingiltərəli futbolçunun klubun gələcək planlarının əsas hissəsi olacağına inanır.
Qeyd edək ki, Qittens bu mövsüm “sarı-qaralar”la çıxdığı 19 rəsmi matçda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin futbolçusu: “İki oyundan altı xal toplamaq üçün vuruşacağıq” - Müsahibə
- Voleybol çempionatında ikihakimiyyətlik
- "Mançester Yunayted" "Atalanta"nın futbolçusu uğrunda mübarizəyə qoşulub
- XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
0
0