Fərdi Kadıoğlu mövsümün sonunda İngiltərəyə köçə bilər.
Apasport.az xəbər veri ki, “Fənərbaxça”nın yarımmüdafiəçisi “Arsenal” skautlarının diqqətini cəlb edib.
Türkiyə millisinin də şərəfini qoruyan 24 yaşlı futbolçunun Almaniya ilə (3:2) yoldaşlıq oyununu izləyən London klubunun təmsilçiləri futbolçunun oyununa heyran olublar. Fərdinin gələcəyin ulduzu ola biləcək potensialda olduğunu düşününən “Arsenal” nümayəndələri futbolçunun bir an öncə alınması üçün raport hazırlayıblar.
Qeyd edək ki, İtaliyadan “Napoli”nin də radarında olan Kadıoğlu 2018-ci ildən “sarı-lacıvərdli" komandanın şərəfini qoruyur. “Fənərbaxça” ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək futbolçu komandanın heyətində iştirak etdiyi 166 matçda 15 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ozobiç “Neftçi”nin heyətində 15-ci qolunu vurub
- Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
- “Milan” Premyer Liqadan yarımmüdafiəçi alır
- Avropa çempionatında III turun oyunları keçiriləcək