"Arsenal" yeni hücumçu almaq üçün futbolçusunu sata bilər
01.03.2025 - 11:58
"Arsenal"ın hücumçusu Leandro Trossard başqa kluba keçə bilər.
Apasport.az "Mirror"a istinadla xəbər verir ki, "topçular"ın rəhbərliyi bu yay "Nyukasl"ın hücumçusu Aleksandr İsakı transfer etmək niyyətindədir.
Bu transferi həyata keçirmək üçün London klubu hücumçulardan birini satmalıdır.
Bu səbəblə Trossard komandadan göndərilə bilər. Onunla Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilir.
Bu mövsüm Trossard İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "topçular"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
- Patrik Andrade: “Qurban Qurbanov həmin yolu tapmaq üçün çalışır”
- "Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib
- Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"
- 3-cü dəfə eyni klubun baş məşqçisi təyin olundu
- “Qəbələ”nin yeni transferi: “Mənim üçün gözəl təcrübə oldu” - Açıqlama
0
0