"Arsenal"dan “Monako”ya
31.08.2023 - 11:22
!["Arsenal"dan “Monako”ya](https://ww3.apasport.az/storage/news/2023/august/31/big/64f039d787c6264f039d787c63169346504764f039d787c6064f039d787c61.png)
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, “Knyazlıq klubu” ABŞ millisinin üzvü Folarin Baloqunu transfer edib.
İngiltərə "Arsenal"ından heyətə cəlb olunan 22 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Baloqun ötən mövsüm Fransa "Renn"ində icarə əsasında çıxış edib. Forvard 39 matçda 22 qolla yadda qalıb.
0
0