“Arsenal”dan yeni təklif
17.05.2023 - 18:47
“Arsenal” futbolçusu Martin Edeqorla müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, aparıcı futbolçularının hamısını saxlamağı planlaşdıran İngiltərə klubu norveçli yarımmüdafiəçiyə yeni anlaşma təklif edib.
25 yaşlı futbolçu “Bavariya”, PSJ və “Barselona”nın maraq dairəsindədir. Bundan narahat olan “topçular” uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.
Edeqor cari mövsümdə 43 matç keçirib. 15 qol vuran skandinaviyalı 8 asssit müəllifidir.
Qeyd edək ki, Martinin indiki anlaşması 2025-ci ilin yayında başa çatacaq.
- Top komandaların reytinqi açıqlandı - “Qarabağ” gerilədi
- KL-in final matçının stadionu dəyişdirilə bilər
- Krakov-2023: Keyşa və Edi pley-offda, cütlər yenə məğlub oldu - YENİLƏNİB
- Ölkəmizi III MDB Oyunlarında təmsil edəcək cüdoçular açıqlanıb
- "Real"dan möhtəşəm göstərici: Son 13 ildə 11-ci yarımfinal
0
0