"Arsenal”ı müqaviləyə məcbur edən addım
16.09.2023 - 18:00
!["Arsenal”ı müqaviləyə məcbur edən addım](https://ww3.apasport.az/storage/news/2023/september/16/big/65059cf8475b965059cf8475ba169486668065059cf8475b765059cf8475b8.png)
"Arsenal" Ben Uaytı heyətində saxlamaq niyyətindədir.
Apasport.az saytı xəbər verir ki, “topçular” 25 yaşlı müdafiəçinin müqaviləsinin uzadılması üçün danışıqlara başlayıblar.
İngiltərə millisinin də şərəfini qoruyan arxa xətt oyunçusu 2026-ci ilin yayına kimi London klubuna məxsus olsa da, komanda rəhbərliyi razılaşmanı yeniləmək istəyir. Onların futbolçuya gələn təkliflərdən çəkindikləri üçün belə bir addım atdıqları bildirilir.
Qeyd edək ki, Uayt bu mövsüm 5 matçda iştirak edib.
0
0