"Arsenal"ın futbolçusu 3 həftə meydanlardan kənarda qala bilər
11.09.2024 - 15:56
Premyer Liqa təmsilçilərindən “Arsenal”ın zədəli futbolçusu Martin Edeqor 3 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Apasport.az xəbər verir ki, Millətlər Liqasında Avstriya ilə matçda zədələnən futbolçu ayaq biləyindən xəsarət alıb.
Edeqor müayinə üçün Londondadır. Ona ayaq biləyində sınıq diaqnozu qoyulmasa, üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Sınıq aşkarlansa bu proses daha uzun müddət ola bilər.
Edeqor “Arsenal”ın “Tottenhem”, “Mançester Siti” və Çempionlar Liqasında PSJ ilə oyunlarını buraxa bilər.
- Qurban Qurbanov: "Qarabağ"a sevginin azalmasını istəmirəm"
- “Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə danışıq aparır – YALNIZ BİZDƏ
- Gəncədə beynəlxalq şahmat festivalına start verilib - FOTO
- Qvardiola özünü ofisinə "həbs edib" - Zəngləri açmır
- Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası
0
0